Kişi basketbolçulardan ibarət “Sabah” komandası FİBA Avropa kubokunun D qrupunda 5-ci oyuna çıxıb.
Ölkə çempionu İstanbulda “Bağçaşəhər”in qonağı olub. Meydan sahibləri qarşılaşmanln əvvəlindən təşəbbüsə yiyələnərək fasiləyə qədər 30 xallıq üstünlük qazanıblar. Komandamız digər bölümlərdə bu fərqi azaltsa da, məğlubiyyətdən qurtula bilməyib: Bağçaşəhər - Sabah 99:80. Basketbolçularımız 5-ci görüşdə 4-cü dəfə uduzublar. Məğlubiyyətə baxmayaraq Sabahın heyətində Kivon Davenport ən məhsuldar basketbolçu kimi fərqlənib. O, 19 xal, 6 ribaund, 3 məhsuldar ötürməylə diqqət mərkəzinə düşüb. Sabah D qrupunda sonuncu oyuna noyabrln 22-si, Baklda lider “Nimburk”a qarşı çıxacaq.